Xəzər Xəbər

Astarada aptekdən oğurluq edən şəxs saxlanılıb

Region | 11:37 • 17 May 2021
Astarada aptekdən oğurluq edən şəxs saxlanılıb

Astarada aptekdən oğurluq edən şəxs “isti izlər”lə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a bildiriblər ki, Astara şəhəri ərazisində apteklərin birindən gecə saatlarında 426 manat məbləğində pulunun oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət daxil olub.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb.

Araşdırmalarla onun Astara şəhər sakini İ.Əhmədov olduğu müəyyənləşdirilib. Həmin şəxs törətdiyi əməli etiraf edib və oğurladığı pulların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar