Xəzər Xəbər

Şəmkirdə yol polisi reyd keçirib

Region | 17:42 • 16 May 2021
Şəmkirdə yol polisi reyd keçirib

Şəmkir Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarına düzgün riayət olunması ilə əlaqədar tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a bildiriblər ki, yol polisi əməkdaşları rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıblar.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Xəbər lenti