Bakı 31 ℃
Xəzər Xəbər
USD 1.7

Goranboyda oğurluq edən şəxslər saxlanılıblar

Region | 128 | 11:50 • 16 May 2021
Goranboyda oğurluq edən şəxslər saxlanılıblar

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Boluslu kəndində oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a bildiriblər ki, aparılan araşdırmalarla Gəncə şəhər sakini Kamran Məmmədov, tanışları - əvvəllər məhkum olunan Qüdrət Cəfərov və Ruslan Məmmədovla qabaqcadan əlbir olaraq, yaxın qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 2000 manat nağd pul və 2350 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurladıqları müəyyənləşdirilib.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.

Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Ərdoğan Milli Məclisə gəlib
13 | 15:12 • 16 İyun 2021

Çox oxunanlar