Xəzər Xəbər

Xocavənd rayonu ərazisində silah-sursat aşkarlanıb

Region | 11:25 • 16 May 2021
Xocavənd rayonu ərazisində silah-sursat aşkarlanıb

Polis əməkdaşları işğaldan azad olunan ərazilərdə silah-sursatların aşkarlanması məqsədilə müvafiq tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a bildiriblər ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunan Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilmiş növbəti tədbirlər zamanı tərk edilən hərbi mövqelərdən müxtəlif çaplı 4 pulemyot, tank əleyhinə 1 qumbaraatan, 5 əl qumbarası, 17 ədəd avtomat darağı və müxtəlif çaplı 600 patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti