Xəzər Xəbər

Zərdabda maşın qaz xəttinin üzərinə aşıb FOTO

Region | 20:42 • 15 May 2021
Zərdabda maşın qaz xəttinin üzərinə aşıb

Zərdab rayonunun Pərvanlı kəndində qəza törədən yük avtomobili diametri  108 mm olan qaz xəttinin üzərinə aşıb. Bu səbəbdən may ayının 15-də, saat 16:30-dan etibarən 60 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.

"Azəriqaz"ın məlumatına görə, qəzanın fəsadlarının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Xəbər lenti