Xəzər Xəbər

Mingəçevirdə kütləvi dava baş verib, üç nəfər saxlanılıb

Region | 17:42 • 13 May 2021
Mingəçevirdə kütləvi dava baş verib, üç nəfər saxlanılıb

Mayın 12-də Mingəçevirdə baş vermiş dava-dalaş nəticəsində şəhər sakini Məhəmməd Eyyubovun bıçaqlanması, Ağdam rayon sakini Bürhan Əsədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılıb, zərərçəkmişlərin və şahidlərin izahatı alınıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq əməlini törətməkdə şübhəli bilinən qardaşlar -Hüseyn və Akşin Hüseynovlar, eləcə də Məhəmməd Alıyev saxlanılıb. Onlar ifadələrində mübahisənin söyüşə görə baş verdiyini bildiriblər. 

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci ( xuliqanlıq ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, Mingəçevirdə bir qrup şəxs arasında düşən davada 3 nəfərin bıçaqlandığı bildirilir. Bıçaq xəsarətləri alan – 1986-cı il təvəllüdlü İbişov Çingiz İsmayıl oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Ramin Əliheydər oğlu və 1980-ci il təvəllüdlü Əmirov Elçin Aydın oğlu xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti