Xəzər Xəbər

Saatlıda karantin qaydalarını pozan çayxana aşkar edilib

Region | 14:08 • 13 May 2021
Saatlıda karantin qaydalarını pozan çayxana aşkar edilib

Daxili işlər orqanları əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Xəbər lenti