Xəzər Xəbər

Yevlaxda ağır yol qəzası baş verib

Region | 15:46 • 6 May 2021
Yevlaxda ağır yol qəzası baş verib

Yevlax rayonunun Aran qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, qəsəbə sakini Hidayət Camalovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil Bakı şəhər sakini Y.Tahirovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində H.Camalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti