Xəzər Xəbər

Yeni tikilən hava limanları 1 saatda 200 sərnişinə xidmət edə biləcək

Region | 14:37 • 6 May 2021
Yeni tikilən hava limanları 1 saatda 200 sərnişinə xidmət edə biləcək

"İşğaldan azad olunan ərazilərimizdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli hava limanı bu ilin payızında istifadəyə veriləcək. Cənab Prezident İlham Əliyevin iştirakı ilə ötən həftə Zəngilan hava limanının təməlqoyma mərasimi keçirildi. Laçında hava limanının inşası üçün yer seçimi yekunlaşmaq üzrədir. Bizə ən çox müraciət edilən suallardan biri də həmin bölgəmizdə nə üçün 3 hava limanına ehtiyacın olması barədədir". 

Xezerxeber.az xəbər verir ki, bi fikirləri millət vəkili Vüqar Bayramov bildirib.

İqtisadçı alimin sözlərinə görə, iqtisadi qiymətləndirmələr göstərir ki, işğaldan azad olunmuş ərazilərimizdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq: "Füzuli hava limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Sözügedən hava limanı "Zəfər yolu"na inteqrasiya olunduğundan turist səfərlərini asanlaşdıracaq. Zəngilan hava limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yük daşımaları baxımından Zəngilanda hava limanına ehtiyac var idi. Zəngilan ilə Füzuli hava limanlarının iqtisadi göstəriciləri demək olar eynidir. Hava limanları uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək".

V.Bayramov bildirib ki, Laçın Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımından vacibdir: "Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. İnşa edilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır".

Xəbər lenti