Xəzər Xəbər

Beyləqanda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Region | 13:23 • 1 May 2021
Beyləqanda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Beyləqanda sürücünün ölümü ilə nəticələnən avtoqəza baş verib.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumatda bildirilib ki, rayonun Qəhrəmanlı qəsəbəsi ərazisində Kəlbəcər rayon sakini Ağasif Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub. Qəza nəticəsində ağır xəsarət alan sürücü hadisə yerində ölüb.

Fakta bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Xəbər lenti