Xəzər Xəbər

Bir həftədə 71,7 hektardan çox ərazi minalardan təmizlənib

Region | 14:12 • 19 Aprel 2021
Bir həftədə 71,7 hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan xezerxeber.az-a bildiriblər ki, aprelin 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 115, tank əleyhinə 63 mina və 535 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 71,7 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xəbər lenti