Xəzər Xəbər

Mingəçevirdə reyd keçirilib, 18 nəfər cərimələnib

Region | 17:02 • 17 Aprel 2021
Mingəçevirdə reyd keçirilib, 18 nəfər cərimələnib

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin müəyyənləşdirilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, reydin keçirilməsində məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsindən ibarət olub. “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb, onların mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb. Atmosferə normadan artıq dəm qazı buraxan 18 avtomobilin sürücüsü barəsində protokol tərtib olunub.

Xəbər lenti