Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

22 nəfər şagirdlə bir otaqda dərs keçən repetitor saxlanılıb

Region | 122 | 11:48 • 17 Aprel 2021
22 nəfər şagirdlə bir otaqda dərs keçən repetitor saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman, repetitor fəaliyyəti ilə məşğul olan rayon sakini Vüqar Abdullayevin karantin qaydalarını pozması halı aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, həmin şəxsin 22 nəfər şagirdlə bir otaqda dərs keçməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən V.Abdullayevin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb, yeniyetmələr isə ailələrinə təhvil verilərək, valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

V.Abdullayev barədə Siyəzən RPŞ-də qanunamüvafiq tədbir görülüb.

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
378 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
948 | 17:16 • 19 Aprel 2021