Xəzər Xəbər

Yol polisi Gəncədə reyd keçirib, 20-ə yaxın sürücü cərimələnib

Region | 10:57 • 17 Aprel 2021
Yol polisi Gəncədə reyd keçirib, 20-ə yaxın sürücü cərimələnib

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər daxilində yol hərəkəti qaydalarına riayət edilməsi məqsədi ilə mütəmadi reydlər keçirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a bildiriblər ki, sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkil olunan reydlər zamanı hərəkət iştirakçıları ilə profilaktiki söhbətlər aparılır, onlara “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət etmələri tövsiyə və tələb olunur. Şəhər ərazisində baş verən qəzaları, o cümlədən törədilən qayda pozuntuları mütəmadi olaraq araşdırılır və sürücülər bu istiqamətdə maarifləndirilir.

Sonuncu belə reyd zamanı şəhər ərazisindəki, dairəvi hərəkət təşkil olunan yol ayrıclarında sürücülərin hərəkət üstünlükləri barədə olub. Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, əgər yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairədə hərəkət edən sürücü üstünlüyə malikdir və dairəyə daxil olan sürücü ona yol verməlidir. Yol verməyən sürücü əks halda inzibati məsuliyyətə cəlb edilir. Əgər yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilibsə, dairədə hərəkət edən sürücü yol verməlidir. Keçirilən reyd zamanı həmin inzibati qayda pozuntusuna görə iyirmiyə yaxın sürücü barədə protokol tərtib olunub.

Xəbər lenti