Xəzər Xəbər

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb

Region | 11:21 • 16 Aprel 2021
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, çayxananın sahibi barəsində inzibati qaydada protokol tərtib edilib.

Xəbər lenti