Xəzər Xəbər

Lənkəranda oğurlanan avtomobil Masallıda aşkarlanıb - üç nəfər saxlanılıb

Region | 10:03 • 16 Aprel 2021
Lənkəranda oğurlanan avtomobil Masallıda aşkarlanıb - üç nəfər saxlanılıb

Lənkəranda qaçırılan avtomobil Masallıda aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, rayonun Girdəni kənd sakininə məxsus “VAZ-2107” markalı avtomobilin yaşadığı evin yaxınlığından oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuş Rövşən İsmayılov, Tural İmanov və Ağahüseyn Hüseynzadə müəyyən edilərək saxlanılıblar.

Keçirilən axtarış zamanı onların üzərindən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Oğurlanan avtomobilin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və nəqliyyat vasitəsi Masallı rayonunun Türkoba kəndində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti