Xəzər Xəbər

Mingəçevirdə koronavirus xəstəsi saxlanılıb

Region | 11:42 • 11 Aprel 2021
Mingəçevirdə koronavirus xəstəsi saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, şəhər sakini  Elman Məmmədov COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

Həmin şəxs ictimai yerdə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

E.Məmmədov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər lenti