Xəzər Xəbər

Balakəndə toy edənlər cərimələnib

Region | 16:26 • 9 Aprel 2021
Balakəndə toy edənlər cərimələnib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən  tədbirlərlə rayonun Tülü kəndində yerləşən fərdi yaşayış evində  toy mərasiminin keçirildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana baxış keçirən zaman insanların kütləvi şəkildə toplaşdığını, sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulduğunu aşkar  ediblər. 

Toy mərasimini təşkil edən ev sahibləri və qonaqlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimələnib.

Xəbər lenti