Xəzər Xəbər

Saatlıda odlu silah aşkarlanıb

Region | 16:59 • 7 Aprel 2021
Saatlıda odlu silah aşkarlanıb

Saatlı rayon sakinindən odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mollavaizli kənd sakini Ziyafət Ağayarovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov silahı aşkar edilərək götürülüb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.

Xəbər lenti