Xəzər Xəbər

Tovuzda iki minik avtomobili toqquşub

Region | 09:27 • 9 Mart 2021
Tovuzda iki minik avtomobili toqquşub

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Tovuz rayonunda “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Xezerxeber.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Toyota" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti