Xəzər Xəbər

Avtomobil qarlı yolda qalıb, köməyə xilasedicilər gəlib

Region | 09:24 • 7 Mart 2021
Avtomobil qarlı yolda qalıb, köməyə xilasedicilər gəlib

Xızı rayonunun Qızılqazma kəndində “VAZ” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə kömək üçün müraciət daxil olub.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərə köməklik göstərilib.

Xəbər lenti