Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

Yas mərasimi keçirənlər cərimələnib

Region | 295 | 17:05 • 5 Mart 2021
Yas mərasimi keçirənlər cərimələnib

Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı  Kortala kəndi ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.

Çox oxunanlar

Bu gün hava necə olacaq?
92 | 09:06 • 20 Aprel 2021
Bir həftə iş olmayacaq
304 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,043 | 11:28 • 24 Mart 2021