Xəzər Xəbər

Zəngilanda meşələr bərpa edilir AÇIQLAMA

Region | 14:25 • 1 Mart 2021
Zəngilanda meşələr bərpa edilir

Yaz ağac əkini mövsümünə 9 mart 2021-ci il tarixində Zəngilan rayonundan start veriləcək. 

Xezerxeber.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

O bildirib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq, seyrək, kəsilmiş və yanğına məruz qalmış ərazilərində Xidmət əməkdaşlarının iştirakı ilə  karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun müxtəlif meşəcinsli ağaclar əkiləcək, toxumlar səpiləcək: "Bu yaz əkin planına uyğun olaraq ölkə üzrə 200 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparlıması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 400 000-dən çox meşəcinsli tinglərin əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub”.

Xəbər lenti