Xəzər Xəbər

Saatlıda kafe sahibi cərimələnib

Region | 10:42 • 27 Fevral 2021
Saatlıda kafe sahibi cərimələnib

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fevralın 27-də gecə saatlarında rayonun Məmmədabad kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, obyektin icarədarı E.Ağayev və işçisi F.Bayramlı karantin qaydalarını pozduqlarına görə inzibati məsuliyyətə cəlb olunublar.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək cərimələniblər.

Xəbər lenti