Xəzər Xəbər

Avtomobil qaz şəbəkəsinə ziyan vurub

Region | 10:36 • 24 Fevral 2021
Avtomobil qaz şəbəkəsinə ziyan vurub

Xaçmaz rayonu, Xudat şəhəri ərazisində qarlı hava şəraitində idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə ziyan vurub.

"Azəriqaz" İstehsalat Birliyindən xezerxeber.az-a verilən məlumata görə, 3 kənddə xidmət göstərən diametri 57 mm olan qaz xəttini minik avtomobili zədələyib. Mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Məlumata görə, Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları qazın verilişinin tez bir zamanda təmin edilməsi üçün təcili tədbirlər görür.

Xəbər lenti