Xəzər Xəbər

Ucarda ödəmə terminalı qarət edilib, saxlanılan var

Region | 15:08 • 23 Fevral 2021
Ucarda ödəmə terminalı qarət edilib, saxlanılan var

Ödəmə terminalını sındıraraq pul oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Ucar şəhəri ərazisindəki inzibati binaların birində quraşdırılan “E-Manat” ödəmə terminalını sındıraraq, 369 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Hüseynov Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti