Xəzər Xəbər

Göyçayda yol qəzası: 6 nəfər xəsarət alıb

Region | 17:24 • 21 Fevral 2021
Göyçayda yol qəzası: 6 nəfər xəsarət alıb

Göyçayda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 200 kilometrliyində, rayonun Qarayazı kənd ərazində qeydə alınıb. Göyçay rayon Bəydövül kənd sakini idarə etdiyi minik maşını ilə Göyçaydan Qarəməryam istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın yol kənarında olan su kanalına aşıb. Qəza nəticəsində yararsız hala düşmüş maşında sürücü ilə bərabər 6 nəfər sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım avtomobili ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı Yol polisi tərəfindən araşdırma aparılır.

Xəbər lenti