Xəzər Xəbər

Zaqatalada avtomobil aşıb, sürücü həlak olub

Region | 14:38 • 25 Yanvar 2021
Zaqatalada avtomobil aşıb, sürücü həlak olub

Zaqatalada rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayonun Aşağı Tala kənd sakini A.Musayev idarə etdiyi "VAZ-21099” markalı avtomobili Muxax kəndi ərazisində aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.


Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti