Xəzər Xəbər

Bu yolda avtomobillərin hərəkəti çətinləşib - FOTO

Region | 11:25 • 20 Yanvar 2021
Bu yolda avtomobillərin hərəkəti çətinləşib -

Yanvarın 19-da axşam saat 20 radələrindən başlayaraq yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylarından keçən 143-156-cı kilometrliyiində avtomobillərin hərəkətində çətinliklər yaradıb.


Dolaylarda qarın qalınlığı 15-20 santimetrə çatıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli "Magistral yolların istismarı” MMC-nin Ağsu rayonu üzrə sahəsinin işçiləri axşamdan başlayaraq yollarda təmizləmə işləri aparır. Bunun üçün əraziyə 1 avtoqreyder, 4 duzsəpən və 20 nəfər işçi qüvvəsi cəlb olunub. Yanvarın 20-də səhər saat 10-dək yollarda, xüsusilə dolayların daha təhlükəli olan 143-144-cü və 149-cu kilometrliyində avtomobillərin hərəkəti bərpa edilib.


Buna baxmayaraq, hazırda qar yağmaqda davam edir və dolaylar hərəkət üçün təhlükəli olaraq qalır. Xüsusilə gecə yolların buz bağlayacağı təhlükəsi var. Buna görə də sürücülərə zəruri hallar olmadan, xüsusilə gecə Ağsu dolayları ilə hərəkət etməmək məsləhət görülür. (AZƏRTAC)

Xəbər lenti