Xəzər Xəbər

Mingəçevirdə karantin rejimi qaydalarını pozan çayxana aşkar edilib

Region | 13:38 • 19 Dekabr 2020
Mingəçevirdə karantin rejimi qaydalarını pozan çayxana aşkar edilib

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkarlayıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, obyektə baxış zamanı 15 nəfərin karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. İcarədar Zakir Paşayev və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.

Xəbər lenti

Çox oxunanlar