Xəzər Xəbər

Qarabağda rus sülhməramlılarının maşınının iştirakı ilə avtoqəza olub, ölənlər var - FOTO

Region | 23:57 • 10 Dekabr 2020
Qarabağda rus sülhməramlılarının maşınının iştirakı ilə avtoqəza olub, ölənlər var -

DağlıqQarabağda rus sülhməramlılarınınavtomobilininiştirakı iləağıryol qəzası baş verib.

Bu barədə "Sputnik Armenia” məlumat yayıb.

Avtoqəza Xankəndi-Əsgəran avtomobil yolunun 4-cü km-də qeydə alınıb. Məlumata görə, "Suzuki Vitara” markalı avtomobil yoldan çıxaraq Rusiya sülhməramlı qüvvələrinə məxsus "Ural” markalı avtomobillə toqquşub. Nəticədə "Suzuki”nin sürücüsü və sərnişini hadisə yerində ölüb. Onların şəxsiyyətləri araşdırılır.

Yol qəzasının əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi deyilir. Bölgədə qatı duman, yağış və qar yolları görünməz edib. (APA)

Xəbər lenti