Xəzər Xəbər

Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

Region | 19:09 • 4 Dekabr 2020
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

Qusar rayonunda dövlət sərhəd zonasının Nəcəfkənd-Qələnxur ərazisində ağacların kəsilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.



Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. 


O deyib ki, əraziyə keçirilən baxış zamanı ağacların kəsilməsi faktı aşkar edilib: "Araşdırma zamanı ağacların kəsildiyi ərazinin Dövlət Sərhəd Xidmətinin daimi istifadəsinə verilmiş torpaq sahəsinə aid olmadığı məlum olub. Hazırda təbiətə dəymiş ziyanın məbləğinin və təqsirkarların müəyyənləşdirilməsi məqsədilə müvafiq işlər aparılır".



Xəbər lenti