Xəzər Xəbər

Lənkəranda ər arvadını qətlə yetirib

Region | 10:55 • 13 Sentyabr 2020
 Lənkəranda ər arvadını qətlə yetirib

Lənkəran rayonunda qətl hadisəsi baş verib.


Qətl hadisəsi rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.


Bir müddət əvvəl azadlığa çıxmış keçmiş məhkum - 1983-cü il təvəllüdlü Mais Məhərrəm oğlu Abıyev həyat yoldaşı 1981-ci il təvəllüdlü Günay Gəray qızı Abıyevanı yaşadıqları evdə qətlə yetirib. İlkin məlumata görə, cinayət odlu silahla törədilib.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti