Xəzər Xəbər

Bərdədə avtomobil qaçıran şəxs saxlanılıb

Region | 14:31 • 10 Oktyabr 2019
Bərdədə avtomobil qaçıran şəxs saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Əbilov "QAZ-3110” markalı avtomobilinin qaçırıldığını bildirib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Paşazadə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.


Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti