Xəzər Xəbər

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb

Region | 15:28 • 23 Sentyabr 2019
Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 20-də Ağcabədi şəhəri ərazisindəki kredit təşkilatlarından birinə gəlmiş Ağdam rayon sakini E.Xəlilov və Gəncə şəhər sakini S.Əliyev qızıl-zinət əşyalarının müqabilində pul götürmək istədiklərini bildiriblər. Onlar saxta qızıl əşyalarını təqdim edərək pul götürmək istəyərkən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.


Araşdırmalarla S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Xəbər lenti