Xəzər Xəbər

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Region | 14:04 • 24 Yanvar 2018
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

Lənkəranda ötən gün axşam saatlarında avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.


Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Məlumata görə, Füzuli küçəsində yolu keçmək istəyən rayon sakini, 1951-ci il təvəllüdlü Malikəjdər Gülverdi oğlu Qasımovu avtomobil vurub.

O, sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. M. Qasımov bu gün xəstəxanada ölüb.

Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti

Çox oxunanlar