Xəzər Xəbər

DİN: Lənkəranda Regional Elektrik Şəbəkəsinin avtomobilini yandıran şəxs tutulub

Region | 12:41 • 23 Avqust 2017
DİN: Lənkəranda Regional Elektrik Şəbəkəsinin avtomobilini yandıran şəxs tutulub

Lənkəran sakini Regional Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisinə stəkan atıb, şəbəkəyə məxsus avtomobilin üzərinə benzin tökərək yandırıb.

Xezerxeber.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran Regional Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan şəbəkəyə məxsus "Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək onu qismən yandırıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Məmmədov saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar