Xəzər Xəbər

Naxçıvanda “Göycə” festivalı keçirilir FOTO

Mədəniyyət | 18:26 • 30 May 2025
Naxçıvanda “Göycə” festivalı keçirilir

Muxtar respublikadakı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Göycə" festivalı keçirilir.

Xezerxeber.az xəbər verir ki, festival çərçivəsində muxtar respublikanın şəhər və rayonları üzrə stendlərdə bölgələrin dadlı və təbii göycələri, onlardan hazırlanan məhsullar, tarixi-mədəni irs və turizm potensialı təqdim olunur. Festivalı ziyarət edənlər arasında Naxçıvanda keçirilən “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025”in iştirakçıları da var.

“Göycə" festivalı sabah da davam edəcək.

Xəbər lenti