Xəzər Xəbər

“Oskar” mükafatının təqdimetmə mərasiminin tarixi açıqlanıb

Mədəniyyət | 09:25 • 22 Aprel 2025
“Oskar” mükafatının təqdimetmə mərasiminin tarixi açıqlanıb

“Oskar” kino mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də baş tutacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə 21 aprel tarixində Kino Sənətləri və Elmləri Akademiyasının mətbuat xidməti məlumat yayıb.

““Oskar” mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də, bazar günü, ABŞ-nin şərq vaxtı ilə saat 19:00-da canlı olaraq ABC kanalında yayımlanacaq”, - deyə məlumatda qeyd olunub.

Bundan əlavə, Kino Akademiyası vurğulayıb ki, filmlərin çəkilməsində süni intellektin istifadəsi namizədlik şanslarına təsir etməyəcək. Lakin qiymətləndirmə zamanı yaradıcı müəlliflik dərəcəsi nəzərə alınacaq.

Xəbər lenti

Çox oxunanlar