Xəzər Xəbər

Müslüm Maqomayevin məzarı ZİYARƏT EDİLİB

Mədəniyyət | 20:02 • 17 Avqust 2024
Müslüm Maqomayevin məzarı

Avqustun 17-də dünyaca məşhur müğənni, bəstəkar, keçmiş SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 82-ci ildönümü tamam olub.

Xezerxebet.az Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, bu münasibətlə nazirliyin nümayəndələri və tanınmış mədəniyyət xadimləri I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov, sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya çıxış edərək Müslüm Maqomayevin parlaq və zəngin yaradıcılığı barədə danışıb, onun doğma Vətəni Azərbaycana çox bağlı sənətkar olduğunu vurğulayıblar.