Xəzər Xəbər

Arif Babayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib

Mədəniyyət | 19:24 • 24 Oktyabr 2023
Arif Babayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib.

Xezerxeber.az xəbər verir ki, nazir görkəmli muğam ustadının əlamətdar yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini bildirib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli Sərəncamı ilə Arif Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinin sənətkarın fəaliyyətinə göstərilən diqqətin təzahürü olduğunu söyləyib.

Sonra dövlət təltifi xanəndəyə təqdim edilib.

Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Xəbər lenti

Çox oxunanlar