Xəzər Xəbər

TÜRKSOY Daimi Şurasının 41-ci iclası Türkmənistanda keçiriləcək FOTO

Mədəniyyət | 15:33 • 14 Oktyabr 2023
TÜRKSOY Daimi Şurasının 41-ci iclası Türkmənistanda keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə oktyabrın Şuşada keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasının yekun tədbiri keçirilib.

Xezerxeber.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli iclasın çox uğurlu keçdiyini qeyd edib.

Nazir iclasda qəbul olunmuş qərarların həm TÜRKSOY, həm də üzv dövlətlər üçün faydalı olacağını bildirib.

İclasda maliyyə işlərinin tənzimlənməsi, kadr məsələlərin, iş qaydaları və sair məsələlər üzrə vacib qərarlar qəbul edilib.

Sonra mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev və quruma üzv olan ölkələrin nümayəndələri tərəfindən iclasda alınan qərarlarla bağlı sənədlərə imza atılıb.

İki gün davam edən iclasda bir sıra görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, TÜRKSOY Daimi Şurasının 41-ci iclası gələn ilin noyabr ayında Türkmənistanda keçiriləcək.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024