Xəzər Xəbər

DİM: Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır

Mədəniyyət | 17:53 • 27 May 2023
DİM: Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır

Abituriyentlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılan Apellyasiya komissiyalarına qabiliyyət imtahanlarının nəticələri elan olunduğu gün ərizə ilə müraciət edə bilərlər. Abituriyent Apellyasiya komissiyasına (şəxsiyyətini təsdiq edən sənədlə) şəxsən müraciət etməlidir.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, təsviri sənət istiqamətinin dekorativ sənət və dizayn komissiyaları üzrə rəsm fənninin imtahan nəticələrindən, həmçinin musiqi sənəti istiqamətinin bütün komissiyaları üzrə nəzəriyyə fənlərinin imtahan nəticələrindən apellyasiya müraciətlərinə onlayn qaydada baxılır. Qeyd olunan komissiyalar üzrə apellyasiya müraciəti etmək istəyən abituriyentlər nəticələr bəlli olduqdan sonra elan olunacaq tarixlərdə DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçməlidirlər. Apellyasiya günləri müəyyənləşdirildikdən sonra bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə vasitələri ilə məlumat veriləcək.

Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır.

Xəbər lenti