Xəzər Xəbər

Tarantino bu filmlə karyerasını bitirir

Mədəniyyət | 15:54 • 15 Mart 2023
Tarantino bu filmlə karyerasını bitirir

Karyerasını bitirməyi planlaşdıran dünyaca məşhur rejissor-aktyor Kventin Tarantino son filmini çəkməyə hazırlaşır. 

Rejissor artıq layihənin ssenarisi üzərində işlərini başa çatdırıb.

Qeyd edək ki, ekran işi daha əvvəl karyerasında 10 film çəkmək və 60 yaşına kimi təqaüdə çıxmaq niyyətində olduğunu bildirən rejissorun son layihəsidir. "Kino tənqidçisi" ("The Movie Critic") adlı filmin ssenarisi 1970-ci illərin sonunda Los-Ancelesdə cərəyan edir və dövrün ən nüfuzlu kino tənqidçilərindən biri olan Polin Keylin həyatından bəhs edir.

Çəkilişlər bu ilin payızına planlaşdırılıb. Tarantinonun 60 illik yubileyi isə martın 27-də qeyd olunacaq. (axsam.az)

Xəbər lenti