Xəzər Xəbər

Milli yeməklərimizin reyestri hazırlanacaq

Mədəniyyət | 13:36 • 10 Mart 2023
Milli yeməklərimizin reyestri hazırlanacaq

Azərbaycan yeməklərinin reyestri hazırlanacaq. Artıq bu istiqamətdə müvafiq işlər aparılır. Həmçinin bir aya Milli Kulinariya Mərkəzinin saytı fəaliyyətə başlayacaq.

Xezerxeber.az məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu deyib.

O vurğulayıb ki, bu vaxta qədər Azərbaycan yeməklərinin tam siyahısı və sənədləri olmayıb.

"Biz istəyirik ki, milli kulinariya sahəsi Milli Elmlər Akademiyasının bir şöbəsinə çevrilsin. Tamamilə yeni yanaşma ilə qida mühəndislərini formalaşdırmaq, milli irsimizi dünyada təbliğ etmək və dünyadakı yenilikləri ölkəmizə gətirmək istəyirik. Ümumiyyətlə, Milli Kulinariya Mərkəzini yeni formatda düşünürük",-deyə Orxan Fikrətoğlu bildirib.

Xəbər lenti