Xəzər Xəbər

Məşhur aktrisa Cina Lollobricida vəfat edib

Mədəniyyət | 17:50 • 16 Yanvar 2023
Məşhur aktrisa Cina Lollobricida vəfat edib

Məşhur italiyalı aktrisa Cina Lollobricida vəfat edib.

Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa 95 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Luicina kinoda epizodik rolları ilə 1946-cı ildə debüt edib. 1947-ci ildə Miss İtaliya gözəllik müsabiqəsində üçüncü yeri tutub.

1950-1951-ci illərdə isə ardıcıl üç italyan filmində baş rollarda çəkilib. Aktrisaya dünya şöhrətini gətirən film isə fransız kinorejissoru Kristian-Jakın “Fanfan Lalə” filmindəki gözəl Adeline obrazı olub.

Xəbər lenti