Xəzər Xəbər

Nobel mükafatları bu gün laureatlara təqdim olacaq

Mədəniyyət | 13:13 • 10 Dekabr 2022
Nobel mükafatları bu gün laureatlara təqdim olacaq

Bu gün Stokholm və Osloda Nobel mükafatlarının təqdimat mərasimi keçiriləcək, laureatlar və qonaqlar üçün ziyafət təşkil olunacaq.

Xezerxeber.az xəbər verir ki, Stokholm filarmoniyasında İsveç Kralı XVI Karl Qustav 2022-ci ilin on bir Nobel mükafatçısına fəxri diplomlar və qızıl medallar təqdim edəcək. Sülh mükafatı isə Alfred Nobelin vəsiyyətinə əsasən, Norveç Nobel Komitəsinin sədri tərəfindən Osloda təqdim olunur. Mərasim Norveç hökumətinin üzvləri və kral ailəsinin iştirakı ilə bələdiyyə binasında keçiriləcək.

Xatırladaq ki, laureatların mükafatlandırılması mərasimi ənənəyə uyğun olaraq, 1896-cı il dekabrın 10-da vəfat etmiş Alfred Nobelin xatirə günündə təşkil edilir.

Xəbər lenti