Xəzər Xəbər

Kukla Teatrının direktoru nazirliyin yoxlamasından narazı olduğunu açıqlayıb

Mədəniyyət | 16:59 • 8 Dekabr 2022
Kukla Teatrının direktoru nazirliyin yoxlamasından narazı olduğunu açıqlayıb

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Mədəniyyət Nazirliyinin Teatrda apardığı yoxlama zamanı nazirlik nümayəndələrinin səlahiyyətlərindən sui-istifadə etdiklərini açıqlayıb.

Direktor bu barədə APA-ya açıqlamasında məlumat verib.

Rəşad Əhmədzadə yoxlamanın gedişatından narazı qaldığını vurğulayıb: “Yoxlamanın gedişatı, bu qədər uzun çəkməsi və yoxlama aparan şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi səbəbindən bu gün artıq ictimaiyyətə bu barədə məlumat verməyi məqbul hesab etdik. Bu gün bununla bağlı saat 18:00-da, Teatrda mətbuat konfransı təşkil edəcəyik”.

Xəbər lenti