Xəzər Xəbər

Nazir: Regionlardakı musiqi məktəblərində korrupsiya pozuntuları və "ölü canlar" aşkarlanıb

Mədəniyyət | 11:31 • 14 Oktyabr 2022
Nazir: Regionlardakı musiqi məktəblərində korrupsiya pozuntuları və "ölü canlar" aşkarlanıb

Regionlardakı musiqi məktəblərində korrupsiya pozuntuları aşkarlanıb.

Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir ildən çoxdur ki, regionlardakı mədəniyyət müəssisələrində yoxlamalar həyata keçirilir: "Yoxlamalarda çox ciddi pozuntular aşkarlanıb. Ən çox pozuntular uşaq musiqi məktəblərindədir. Sirr deyil ki, bu pozuntular içərisində korrupsiya halları da var. Həmçinin musiqi məktəblərində nəzarət sisteminin olmaması, "ölü canlar" və digər bu kimi pozuntu halları aşkarlanıb. Bu pozuntular musiqi məktəblərinin fəaliyyətinə mənfi təsir göstərir". (Report)

Xəbər lenti