Xəzər Xəbər

Türkiyədə IV Dünya Köçəri Oyunlarının açılışı olub

Mədəniyyət | 22:54 • 29 Sentyabr 2022
Türkiyədə IV Dünya Köçəri Oyunlarının açılışı olub

Türkiyənin Bursa vilayətinin İznik rayonunda IV Dünya Köçəri Oyunlarının açılış mərasimi olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təntənəli açılış mərasimində çıxış edib.
Xezerxeber.az xəbər verir ki, Azərbaycan oyunlara böyük heyətlə qatılıb.
Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən “Şuşa sərgi”si açılıb. Sərgini Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, TDT Ağsaqqallar Şurasının Azərbaycandan olan üzvü Həsən Həsənov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər yüksək səviyyəli rəsmi şəxslər ziyarət edib.

Xəbər lenti